Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayonunda dövlət müstəqilliyimizin bərpasının 25 illiyi münasibətilə silsilə tədbirlər keçirilir

18 oktyabr 2016 | 16:00

1991-ci il oktyabrın 18-i Azərbaycanın tarixinə yeni mərhələnin başlanğıc günü kimi daxil olub. Demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir. Bu fikirlər Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü münasibətilə Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Xalqımızın tarixi nailiyyəti” mövzusunda elmi-praktiki konfransda səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.

Konfransı rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə açaraq ötən 25 ildə Azərbaycanın qazandığı uğurlardan danışıb. Bildirilib ki, Azərbaycan dövlətinin qazandığı bütün uğurlar məhz Ulu Öndərin müdrikliyi sayəsində qorunub saxlanılan dövlət müstəqilliyimizin məntiqi nəticəsidir.

Çıxışlarda vurğulanıb ki, ulu öndər Heydər Əliyevin yolunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasi kurs dövlət müstəqilliyimizi getdikcə möhkəmləndirir. Müstəqil daxili və xarici siyasət yeridən Azərbaycanın beynəlxalq miqyasda söz sahibi olması, qazanılan uğurlar müstəqilliyimizin bir də heç vaxt əldən verilməyəcəyinə tam əminlik yaradır.

Tədbirdə Zaqatalanın ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə rayon icra hakimiyyətinin fəxri fərmanları, həmçinin Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri təqdim olunub.

Konfransın sonunda müstəqil Azərbaycanın əldə etdiyi uğurlardan bəhs edən film nümayiş etdirilib.

Keçidlər