Zaqatalanın 5 kəndində modul tipli sutəmizləyici qurğu quraşdırılıb
20 oktyabr 2016 | 16:00
Əhalini ekoloji cəhətdən təmiz içməli su ilə təmin etmək məqsədilə Zaqatala rayonunun 5 yaşayış məntəqəsində - Uzunqazmalar, Uzuntala, Yuxarı Çardaxlar, Ələsgər və Paşan kəndlərində modul tipli sutəmizləyici qurğuların quraşdırılması işləri artıq yekunlaşıb.
Qurğuların quraşdırılmasına ötən ilin sonlarında başlanılıb. Tikinti-quraşdırma işləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə dövlət vəsaiti hesabına həyata keçirilib.
Layihə çərçivəsində bu kəndlərdə, ümumilikdə, 87 bulaq inşa edilib, müxtəlif diametrli borularla 18,2 kilometr uzunluğunda su xətləri çəkilib.