Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada 7 milyon 390 min manatlıq təmir-tikinti işləri görülüb

21 oktyabr 2016 | 16:00

2016-cı ilin doqquz ayı ərzində Zaqatala rayonunda bütün maliyyə mənbələri hesabına 7 milyon 390 min manatlıq tikinti, təmir və abadlıq işləri görülüb.

Ötən müddətdə rayonda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinin tikintisi başa çatdırılaraq istifadəyə verilib. Məhəllədə hər biri 45 mənzildən ibarət 3 yaşayış binası, 150 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, həmçinin klub binası, tibb məntəqəsi, ATS və digər qurğular tikilib.

Bundan əlavə, ötən dövrdə rayon məhkəməsinin yeni inzibati binasının tikintisi davam etdirilib. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə rayon ərazisində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 13 fərdi ev tikilərək istifadəyə verilib. Zaqatala şəhərindəki çoxmənzilli yaşayış binalarının fasad hissələrində və dam örtüklərində əsaslı təmir işləri aparılıb, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib.

Keçidlər