Şriftin ölçüsü :

Saytın rəngi :

İlin sonunadək Zaqatalada 12 subartezian quyusu qazılacaq

22 oktyabr 2016 | 16:00

Bu ilin sonunadək Zaqatala rayonunun qəsəbə və kəndlərində 12 subartezian quyusunun qazılması nəzərdə tutulub. Artıq rayonun Yuxarı Tala kəndində yeni subartezian quyusunun qazılmasına başlanılıb. Yaxın günlərdə Aşağı Tala və Göyəm kəndlərində də quyuların qazılmasına başlanılacaq.

Subartezian quyularının qazılması Azərbaycan Prezidentinin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 2015-ci il 15 dekabr və 2016-cı il 1 iyul tarixli sərəncamlarına əsasən həyata keçirilir.

Ümumiyyətlə, Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına son 3 ildə Zaqatala rayonunun yaşayış məntəqələrində “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən 33 artezian və subartezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib. Bundan əlavə, Yaponiya hökumətinin qrant yardımı proqramı çərçivəsində də son illər rayon ərazisində daha 4 subartezian quyusu qazılıb.

Keçidlər