Zaqatala Olimpiya Kompleksində cüdo məşqçiləri üçün seminar keçirilib.
Zaqatala Olimpiya Kompleksində cüdo məşqçiləri üçün seminar keçirilib.
Seminarda Zaqatala, Mingəçevir, Qax və Balakəndən olan məşqçi-müəllimlərə cüdonun yeni texnika və qaydaları haqqında ətraflı məlumat verilib.
Mütəxəssislər Tərlan Poladov, Musa İsmayılov və Tərlan Həsənov məşq prosesinin idarə edilməsi, tələbələr, onların valideynləri və həmkarları ilə münasibət, məşqçinin tələbələrinə nəzarəti - dərs, cüdo üzrə gündəliklər, nizam-intizam, gigiyena, zədələrə qarşı profilaktika və qidalanmaya nəzarət qaydalarından danışıblar.
Seminarda, həmçinin məşqçinin tələbələri yarışa hazırlamaq prosesi, çəki və qidalanmaya nəzarət, yarışda tələbələri idarəetmə bacarığı, özünü aparma qaydalarını tam bacarma qabiliyyəti barədə təlimatlar verilib. Məşqçinin hakimlik bacarığı, yarışları təşkil etmə və aparma, tələbələri ilə yarışları müşahidə etmə, onları təhlil və müzakirə etmə bacarığı barədə fikir mübadiləsi aparılıb.