Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunda əhali məskunlaşması və demoqrafik inkişaf problemləri” kitabı çapdan çıxıb

16 sentyabr 2016 | 16:00

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Əliyev adına Coğrafiya İnstitutu “Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunda əhali məskunlaşması və demoqrafik inkişaf problemləri” kitabını çap etdirib.

İnstitutun direktoru, akademik Ramiz Məmmədovun redaktorluğu ilə nəşr olunan kitabın həmmüəllifləri coğrafiya elmləri doktoru Zakir Eminov, coğrafiya üzrə fəlsəfə doktorları Nizami Əyyubov, Qabil Səmədov, Rövşən Kərimov, Etibar Bədəlov və Məmməd Sadıqovdur.

Yeni nəşr “Ərazinin məskunlaşmasının təbii-iqtisadi şəraiti və tarixi-coğrafi inkişafı”, “Əhalinin demoqrafik göstəricilərinin dinamikası və müasir vəziyyəti”, “Şəhər əhalisinin məskunlaşması və təkmilləşdirilməsi istiqamətləri” və “Kənd əhalisinin ərazi təşkilinin iqtisadi-coğrafi problemləri” mövzuları üzrə xəritə və cədvəllər əsasında tərtib edilib.

Kitabda Azərbaycanın şimal-qərb regionunda əhalinin məskunlaşmasına təsir göstərən təbii-coğrafi və sosial-iqtisadi amillər, onun nizamlanması istiqamətləri təhlil olunur. Nəşr əhali coğrafiyası, demoqrafiya, iqtisadi coğrafiya, regional planlaşdırma ilə məşğul olan elmi işçilər, mütəxəssislər, ali məktəb tələbələri (bakalavr və magistrlər) və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Keçidlər