Azərbaycan Kinosu Zaqatalada da qeyd olunub
02 avqust 2016 | 16:00
2 avqust - Azərbaycan Kinosu Günü münasibətilə Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə milli kinomuzun yaranma tarixi və qazanılan uğurlardan ətraflı bəhs olunub.
Tədbiri Mərkəzin direktoru Famil Rəhimov açaraq Azərbaycan milli kinosunun keçdiyi tarixi yola qısa nəzər salıb.
Diqqətə çatdırılıb ki, milli kinomuzun himayədarı ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə hər il avqustun 2-si Azərbaycanda Milli Kino Günü kimi qeyd olunur.
Sonra tədbir iştirakçılarına “Azərbaycanfilm”in istehsalı olan “Axırıncı aşırım” filmi təqdim olunub.