Şriftin ölçüsü :

Saytın rəngi :

Bakının internat məktəbi şagirdlərinin Zaqatalada yay istirahətləri xoş və mənalı keçir

14 iyul 2016 | 16:00

Yay tətili günlərini Zaqatala şəhərindəki internat məktəbində keçirən Bakı şəhər 11 nömrəli inteqrasiya təlimli internat məktəbinin şagird və müəllimləri asudə vaxtlarında rayonun görməli yerləri, tarixi məkanları ilə tanış olur, muzeylərə baş çəkirlər.

Qonaqların ziyarət etdikləri növbəti məkan iyulun 13-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzi olub.

Ziyarətçilər əvvəlcə Ulu Öndərin Mərkəzin qarşısında qoyulan abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Mərkəzlə tanışlıq zamanı qonaqların diqqətinə çatdırılıb ki, Heydər Əliyev Mərkəzinin yeni binası 2015-ci il noyabrın 4-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. İki mərtəbəli binada müxtəlif təyinatlı bölmələr fəaliyyət göstərir.

Sonra şagirdlər xalçaçılıq, toxuculuq, rəqs, rəsm, xarici dil, foto dərnəklərinin, elektron kitabxananın fəaliyyəti ilə tanış olub, dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxıblar.

Ekskursiyanın sonunda internat məktəbinin şagirdləri Mərkəzin kafesində çay süfrəsinə qonaq olublar.

Keçidlər