Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayonunda üç yeni məktəb binası istifadəyə verilmişdir

18 sentyabr 2012 | 15:00

Sentyabrın 17-də Zaqatala rayonunun Muxax kənd 3 nömrəli ümumi orta məktəbi üçün 80, Zəyəm və Bazar kənd tam orta məktəbləri üçün isə 180 şagird yerlik yeni məktəb binaları istifadəyə verilmişdir.
Məktəblərin açılış mərasimlərində çıxış edənlər ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışmış, məktəb kollektivlərinə yeni dərs ilində uğurlar arzulamışlar. Qeyd olunmuşdur ki, həyatın, cəmiyyətin əsası təhsillə ölçülür. Əhəmiyyətli fəaliyyət sahəsi olan təhsil hər bir dövlətin siyasi, iqtisadi, sosial və mədəni inkişafını müəyyənləşdirir. Müstəqil Azərbaycanın inkişafının əsasını qoymuş ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər təhsildə də öz bəhrəsini vermiş, elm və təhsilə qayğı prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilərək, bu sahədə genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Ulu öndərin böyük quruculuq yolunu Prezident İlham Əliyev elm və təhsil sahəsində də uğurla davam etdirir.
Diqqətə çatdırılmışdır ki, hazırda Fövqəladə Hallar Nazirliyi tərəfindən rayonun zəlzələdən zərər çəkmiş ərazilərində 20-dək yeni məktəb binası tikilir, 2 məktəb binası isə artıq istifadəyə verilmişdir.
Təbrik və çıxışlardan sonra yeni məktəb binalarına baxış keçirilmişdir. Dövlət vəsaiti ilə yüksək standartlara uyğun inşa edilən yeni məktəb binalarında şagirdlərin təlim-tərbiyəsi üçün hər cür şərait yaradılmış, təhsil ocaqları lazımi inventar və avadanlıqla təchiz olunmuşdur.
 

Keçidlər