Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzi gənclərin hərtərəfli inkişafına xüsusi diqqət ayırır

12 iyul 2016 | 16:00

Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzi gündəlik fəaliyyətində yeniyetmə və gənclərin hərtərəfli inkişafına, qabiliyyətlərinin üzə çıxarılmasına, onlarda vətənpərvərlik hislərinin yüksəldilməsinə xüsusi diqqət ayırır.

Heydər Əliyev Mərkəzinin rayon gənclər və idman idarəsi ilə birgə iyulun 12-də təşkil etdiyi “Mənim Vətənim” mövzusunda rəsm müsabiqəsi də məhz bu qəbildən olan tədbirlərdəndir. Mərkəzin direktoru Famil Rəhimovun bildirdiyinə görə, müsabiqənin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclər arasında vətənpərvərlik hislərini aşılamaq, istedadlı və yaradıcı gəncləri üzə çıxararaq, onların potensialının inkişaf etdirilməsinə dəstək olmaqdır.

Mərkəzin foyesində təşkil edilən müsabiqəyə Uşaq Yaradıcılıq Mərkəzi, Zaqatala Dövlət Rəsm Qalereyası və Heydər Əliyev Mərkəzinin rəsm dərnəyi üzvlərinin 40-a yaxın rəsm əsəri təqdim olunub.

Münsiflər heyətinin rəyinə əsasən, ilk yerləri tutan gənc rəssamlar Nazlı Əhmədova, Nigar Məmmədova və Zöhrə Murtuzayeva təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Keçidlər