Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada taxıl sahələrinin hər hektarından orta hesabla 31,2 sentner məhsul götürülür

11 iyul 2016 | 16:00

Zaqatala rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası mütəşəkkil qaydada davam etdirilir. Taxıl əkilmiş 12 min 221 hektar sahənin 10 min 539 hektarında biçin başa çatdırılıb, 31 min 880 ton ton məhsul tədarük olunub. Hər hektardan orta hesabla 31,2 sentner məhsul götürülüb.

 Tədarük olunan taxılın 21 min 718 tonu buğda, 10 min 162 tonu isə arpadır.

Hələlik rayonun təsərrüfatlarında 1700 hektara yaxın biçilməmiş taxıl sahəsi var. Fermerlər qalan məhsulun da sahələrdən itkisiz toplanması üçün bütün qüvvələri səfərbər ediblər.

Taxıl biçininin iyulun 20-dək başa çatdırılacağı gözlənilir.

Keçidlər