Zaqatalada taxıl biçini sürətlənir, barama tədarükü isə yekunlaşmaq üzrədir
20 iyun 2016 | 16:00
Mövsümün əvvəlindən indiyədək Zaqatala rayonunun təsərrüfatlarında 4 min hektara yaxın sahənin taxılı biçilib, 11 min 800 ton məhsul tədarük olunub. Hələlik hər hektardan orta hesabla 29,5 sentner məhsul götürülür.
Xatırladaq ki, cari mövsümdə rayonda 12 min 221 min hektar taxıl sahəsinin məhsulunun biçilməsi gözlənilir.
Rayonda barama tədarükü isə artıq yekunlaşmaq üzrədir. Kümçülər bu günədək “Şəki-İpək” ASC-yə 5930 kiloqram barama təhvil veriblər. Barama istehsalı ilə bağlı cari il üçün nəzərdə tutulan plana artıqlaması ilə əməl edilib.