Şriftin ölçüsü :

Saytın rəngi :

Ali məktəblərə qəbul olunmuş məzunlarla görüş

08 sentyabr 2012 | 15:00

07 sentyabr 2012-ci il tarixdə Zaqatala rayon Mədəniyyət evində bu il ali məktəblərə qəbul olunmuş məzunlarla görüş keçirilmişdir.
Görüşdə çıxış edən Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə bu il qəbul imtahanları zamanı tələbə adını qazanmış gəncləri bu şərəfli ada layiq görülmələri münasibəti ilə təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır. Sonra natiq ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamızda bütün sahələrdə olduğu kimi təhsil sistemində də geniş islahatlar aparıldığını, hal-hazırda bu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmiş, bu sahənin inmişafı ilə bağlı plkə rəhbəri tərəfindən mühüm sərəncamların imzalandığını, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini qeyd etmişdir.
Daha sonra rayon rəhbəri qazanılan uğurlardan və qarşıda duran problemlərdən danışmış, onların həlli istiqamətində görüləcək işlərdən geniş söhbət açmışdır.
Daha sonra tədbirdə çıxış edənlər bu il Zaqatala rayonunda 604 məzunun ali məktəblərə qəbul imtahanlarında iştirak etdiyini, onlardan 281 nəfərinin tələbə adını qazandığını bildirmiş, 30 nəfərin 500-dən, 12 nəfərin 600-dən çox bal topladığını qeyd etmişlər.
Natiqlər, respublikamızda təhsilə göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildirmişlər.
Tədbirin sonunda 600-dən çox bal toplayan 12 nəfər tələbəyə pul mükafatı və xatirə hədiyyələri təqdim edilmişdir.
 

Keçidlər