Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət komitəsinin sədri Zaqatalada vətəndaşları qəbul edib

10 iyun 2016 | 16:00

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir, onların müraciətlərinin həlli üçün operativ tədbirlər görürlər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova iyunun 10-da Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciət və təkliflərini dinləyib.

Müraciətlər əsasən qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı olub. Müraciətlərin bir qismi yerindəcə həll edilib, bəziləri isə araşdırılmaq üçün nəzarətə götürülüb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlərlə əlaqədar vətəndaşlara hərtərəfli izahat verilib, icrası nəzarətdə saxlanılmaqla onların aidiyyəti strukturlara çatdırılacağı bildirilib.

Qəbuldan sonra Dövlət Komitəsinin sədri Hicran Hüseynova Zaqatala rayonunun fəal qadınları ilə görüşüb. Görüşdə rayonda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Keçidlər