Şriftin ölçüsü :

Saytın rəngi :

15 iyun Azərbaycanın müstəqil dövlət kimi tərəqqisinin başlanğıc günüdür

14 iyun 2016 | 16:00

Hər bir xalqın tarixində böyük əhəmiyyət daşıyan, onun gələcək həyatını müəyyən edən, böyük başlanğıcın əsasının qoyulduğu əlamətdar tarixi günlər var. Bu baxımdan tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun mühüm ictimai-siyasi və tarixi əhəmiyyətə malik olan bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında müstəsna rol oynayan, daim xalqına arxa və dayaq olan dahi bir şəxsiyyət – ümummilli lider Heydər Əliyevdir.

Bu fikir Milli Qurtuluş Günü münasibətilə iyunun 14-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən elmi-praktiki konfransda səsləndirilib.

Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Ulu Öndərin Mərkəzin qarşısındakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Konfransın əvvəlində 1993-cü ilin iyun hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilib.

Məruzə və çıxışlarda ötən əsrin 90-cı illərində respublikamızın ictimai-siyasi həyatında baş verən hadisələr geniş təhlil edilib, məhz Ulu Öndərin müdrikliyi və qətiyyəti sayəsində ölkəmizdə vətəndaş qarşıdurmasına son qoyulduğu, Azərbaycanın müstəqilliyinin məhv olmaq təhlükəsindən xilas olduğu vurğulanıb. Bildirilib ki, 23 il əvvəl xalqın təkidi və tələbi ilə yenidən hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev dövlətçiliyimizin qorunmasını, müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin edib.

Konfransda çıxış edənlər 1993-cü il iyunun 15-nin Azərbaycanın müstəqil dövlət kimi tərəqqisinin başlanğıc günü olduğunu vurğulayıblar.

 

Keçidlər