15 iyun Mİlli Qurtuluş günü ərəfəsində Zaqatala rayonunda “Dövlətçilik tariximizin parlaq səhifəsi” mövzusunda tədbir keçirildi
13 iyun 2016-cı il tarixində Zaqatala rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatı, Zaqatala rayon Gənclər və İdman İdarəsi və Heydər Əliyev Mərkəzinin ilə birgə “Dövlətçilik tariximizin parlaq səhifəsi” mövzusunda tədbir keçirmişdir.
Tədbirdə YAP rayon təşkilatının fəalları və rayon ictimaiyyət nümayəndələri iştirak etmişlər. İlk öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyev abidəsini ziyarət etmiş, xatirəsini ehtiramla yad etmişlər. Daha sonra tədbir Heydər Əliyev Mərkəzinin konfrans zalında davam etmişdir.
Tədbiri giriş sözü ilə açan YAP rayon təşkilatının sədri Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyunu onu qiymətləndirənlər və dərindən dərk edənlər üçün çox mühüm gün olduğunu bildirmiş, vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələrin canlı şahidi olan insanlar üçün 15 iyun müstəqil dövlətimizin xilaskarlıq günü olduğunu vurğulamışdır.
Mövzu ətrafında çıxış edən digər natiqlər- YAP fəallarından Rayon Şahmat məktəbinin direktoru Tahir Məmmədov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Əliyev, Rayon Poçtamtının rəisi Namidə Süleymanova, Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov və başqaları bu tarixin Azərbaycanın müstəqilliyinin əbədi olmasında, inkişafında, dünya birliyinə inteqrasiyasında, nüfuzlu beynəlxalq qurumlarla əlaqələrinin möhkəmləndirilməsində müstəsna rol oynayan, daim xalqına arxalanan müdrik şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olduğunu xüsusi vurğulamışlar.
Natiqlər, Milli Qurtuluş Günü Azərbaycanın indiki reallıqlarının və xoşbəxt gələcəyinin rəhn olduğunu, ulu öndərin işləyib hazırladığı müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycan dövlətinin uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyduğunu, hazırda Azərbaycanın sürətlə inkişaf etməsi məhz Qurtuluş Günü ilə başlayıb və həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırmışlar.