Zaqatalada uşaqlar üçün bayram şənliyi təşkil olunub
Uşaqları Beynəlxalq Müdafiə Günü Zaqatala rayonunda rəngarəng tədbirlərlə qeyd olunub.
Əlamətdar gün münasibətilə iyunun 1-də Zaqatala şəhərindəki “Tumurcuq” körpələr evi-uşaq bağçasında “Şirin-şəkər balalar” adlı bayram şənliyi keçirilib.
İki yüzə yaxın uşaq və valideynlərin iştirak etdiyi tədbirdə çıxış edənlər balacaları əlamətdar bayram münasibətilə təbrik edib, ölkəmizdə uşaqlara göstərilən yüksək dövlət qayğısından danışıb, onların sağlamlığının qorunması, qayğısız böyümələri, təlim-tərbiyəsi sahəsində davamlı iş aparıldığını diqqətə çatdırıblar. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın bu sahədəki fəaliyyəti xüsusi vurğulanıb.
Sonra Zaqatala şəhərində fəaliyyət göstərən uşaq bağçalarının balaca fidanları öz istedad və bacarıqlarını nümayiş etdiriblər. Uşaqların hazırladığı konsert proqramı hamının ürəyincə olub.