Zaqatalada tütünçülüklə minə yaxın istehsalçı məşğul olur
17 may 2016 | 16:00
Zaqatala rayonunda ənənəvi sahələrdən olan tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər kənd əhalisinin məşğulluğunun təmin edilməsinə də öz müsbət təsirini göstərir. Tütün yetişdirilməsi ilə əlaqədar indiyədək “İnter-Tobacco” MMC ilə 490 mülkiyyətçi arasında müqavilə bağlanıb. Bu, ən azından 980 nəfərin tütünçülük sahəsində mövsümi işlə təmin olunması deməkdir.
Qurumdan bildiriblər ki, cari ildə rayonda 600 hektar sahədə tütün əkilməsi nəzərdə tutulub. Hazırda tütün şitillərinin sahələrə köçürülməsi işi mütəşəkkil surətdə davam etdirilir. İndiyədək 365 hektarda şum aparılıb, 287 hektar sahəyə tütün şitili köçürülüb.