Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada bu ilin ötən dövrü ərzində 257 hektar sahədə yeni fındıq bağı salınıb

21 aprel 2016 | 16:00

Zaqatala rayonunda kənd təsərrüfatının ixrac potensialı yüksək olan sahələrindən biri də qərzəkli meyvəçilik, o cümlədən fındıqçılıqdır. Fındıq istehsalı rayonun kənd əhalisinin əsas qazanc mənbələrindən biri hesab olunur və son illər bu sahəyə maraq xeyli artıb. Xarici bazarlarda fındığa olan tələbatı nəzərə alaraq, rayonda bu sahənin inkişaf etdirilməsi istiqamətində davamlı iş aparılır.

Təkcə cari ilin ötən dövrü ərzində rayonda 257 hektar sahədə yeni fındıq bağı salınıb. Hazırda rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 9 min 575 hektardır. Bu bağların 8 min 665 hektarı bar verəndir. 2015-ci ildə fındıq bağlarından 9 min tondan çox məhsul götürülüb.

Hazırda Zaqatalada sənaye sahəsi üzrə ümumi məhsul buraxılışının 80 faizə qədərini fındıq ləpəsi və ondan istehsal edilən məhsulların satışından əldə olunan gəlirlər təşkil edir. Rayonda fındıq emalı ilə məşğul olan xeyli sayda müəssisə fəaliyyət göstərir. Bu müəssisələrdə istehsal olunan məhsullar satış üçün daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac olunur.

Keçidlər