Şriftin ölçüsü :

Saytın rəngi :

30 ildən sonra nəşi tapılan şəhid Ramiz Mahmudov doğma kəndində torpağa tapşırılıb

01 noyabr 2024 | 15:53

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan və şəxsiyyəti müəyyənləşdirilən Mahmudov Ramiz Mahmud oğlunun meyitinin qalıqları Zaqatala rayonunda torpağa tapşırılıb.

Şəhid Ramiz Mahmudovun nəşi Zaqatala rayonunda izdihamla qarşılanıb, doğulduğu Aşağı Tala kəndinə gətirilib. Vida mərasimi keçirilib, cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub.

Kənd qəbiristanlığında keçirilən dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, qazilər, şəhid ailələri, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin nəşi yaylım atəşi ilə altında torpağa tapşırılıb.

Qeyd edək ki, Mahmudov Ramiz Mahmud oğlu 1975-ci il iyulun 11-də Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. O, 1994-cü ilin aprelində Tərtərin Seysulan kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüş sayılırdı.

Keçidlər