Şriftin ölçüsü :

Saytın rəngi :

Bu mövsüm Zaqatalada 600 hektar sahədə tütün əkilməsi planlaşdırılır

25 aprel 2016 | 16:00

Bu il Zaqatala rayonunun təsərrüfatlarında 600 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Əkin üçün indiyədək 192 hektarda şum aparılıb. Bir neçə gündür ki, tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. Qısa müddət ərzində təsərrüfatlarda 25 hektar sahəyə şitil köçürülüb və bu iş sürətlə davam etdirilir.

İstehsalçılarla “İntertobacco” MMC arasında bağlanmış müqaviləyə əsasən əkin üçün nəzərdə tutulan 600 hektar sahənin 500 hektarına tütünün ətirli “Virciniya” sortu əkiləcək. 100 hektar sahədə isə Zaqatala rayonunda əvvəlki illərdə rayonlaşdırılmış ənənəvi tütün sortları əkiləcək.

Keçidlər