Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala məktəblilərinin Ulu Öndər sevgisi

14 aprel 2016 | 16:00

14 aprel 2016-cı il  tarixində Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin və Akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümü  ərəfəsində rayonun ümumtəhsil məktəbləri arasında  “Liderlik zirvəsi" və “İnsanlara qalan nur” adlı bədii qiraət, şeir və mahnı  müsabiqələri keçirilmişdir.

Musabiqəyə rayonun 32 ümumtəhsil məktəbindən 82 şagird qoşulmuş, öz bacarıqlarını sınamışlar. İştirakçıların çıxışlarını, bilik və bacarıqlarını rayonun təhsil, mədəniyyət və informasiya sahəlrinin mütəxəssislərindən ibarət müsiflər heyyəti qiymətləndirmişlər.

Ulu öndər Heydər Əliyevə həsr olunmuş mahnı müsabiqəsinin qalibləri Çobankol kənd tam  orta məktəb X sinif şagirdi Muasayeva Gülbiçə,  Şəhər 3 saylı tam orta məktəb IX sinif şagirdi Abdullayev Asim və Faldar kənd tam  orta məktəbin şagirdi Yusifov Anar müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri bölüşmüşlər. Ulu öndər Heydər Əliyevə həsr olunmuş şer müsabiqəsinin qalibləri isə Şəhər 3 saylı tam orta məktəb şagirdi Eminov Emin, Humanitar Fənnlər Gimnaziyasının şagiridi Əliyev Mikayıl və Zərifə Əliyeva adına lisey V sinif şagirdi Maqsudlu Kəlimət müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri bölüşmüşlər. 

Eyni ilə akademik Zərifə Əliyevaya həsr olunmuş mahnı müsabiqəsinin qalibləri Çökək kənd tam orta məktəb IX sinif şagirdi Babayeva Esmira, Tala kənd 2 saylı tam orta məktəb X sinif şagirdi Bağmanov Turan və Şəhər 1 saylı tam orta məktəb VI sinif şagirdi Daşdəmirova Zeynəb müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri bölüşmüşlər. Akademik Zərifə Əliyevaya həsr olunmuş şer müsabiqəsinin qalibləri Tala 4 saylı tam orta məktəb X sinif şagirdi Qanzayeva Zümrüd, Tala 3 saylı tam orta məktəb IV sinif şagirdi Osmanova İnci və Dağlı kənd tam orta məktəb XI sinif şagirdi Mirzəyeva Fidan müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri bölüşmüşlər.

Qaliblər Rayon Təhsil Şöbəsi, Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən fərxi diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılmışıar.

 

Keçidlər