Şriftin ölçüsü :

Saytın rəngi :

Bilik Fondu Zaqatalada multikulturalizm mövzusunda tədbir keçirib

07 aprel 2016 | 16:00

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Zaqatala nümayəndəliyinin təşəbbüsü ilə 06.04.2016-cı il tarixində Tala kənd 1 saylı tam orta məktəbində “Multikulturalizm mövzusunda gənclərin maarifləndirilməsi” adı altında tədbir keçirilib.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Mehnurə İsmayılova açıb. Dövlət himni səsləndikdən, şəhidlərin ruhu yad edildikdən sonra mövzu ətrafında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun baş mütəxəssisi Vidadi Rzayev geniş məruzə ilə çıxış edib. Daha sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin elmi redaktorluğu ilə nəşr etdiyi “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı iştirakçılara təqdim olunub.
Məruzə ətrafında Rayon İcra Hakimiyyəti Aparatının İctimai Siyasi və Humanitar Siyasi Şöbəsinin Dini məsələlər üzrə müavini İlqar Vəliyev, Tala kənd 1 saylı tam orta məktəbinin direktoru Mehnurə İsmayılova çıxış ediblər.
Sonra Zaqatala məktəblilərinin ifasında müxtəlif mahnılar, rəqslər, şeirlər səsləndirilib.
Tədbir iştirakçıları dəyirmi masa arxasında Bilik Fondunun nümayəndəsi ilə səmimi söhbət aparıblar.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının yerlərdə təqdimatını davam etdirir.

Keçidlər