Şriftin ölçüsü :

Saytın rəngi :

Məşğulluq mərkəzinin köməyi ilə Zaqatalada 462 nəfər işə düzəlib

04 aprel 2016 | 16:00

Cari ilin birinci rübündə Zaqatala Rayon Məşğulluq Mərkəzinin köməyi ilə 462 nəfər daimi işlə təmin olunub. Bununla yanaşı, 21 nəfər Mərkəzdə ötən ildən fəaliyyət göstərən peşə hazırlığı kursunu bitirib.

 Qurumdan o da bildirilib ki, birinci rübdə 3241 vətəndaş işə düzəlmək üçün müraciət edib. Onlardan 2091 nəfəri qeydiyyata götürülüb. Rüb ərzində 21 nəfərə müavinət təyin edilib.

Keçidlər