Zaqatalalı şəhid torpağa tapşırılıb
03 aprel 2016 | 16:00
Aprelin 2-nə keçən gecə erməni silahlı qüvvələrinin təxribatları nəticəsində cəbhə bölgəsində gedən döyüşlərdə şəhid olan Zaqatala rayonunun Muxax kənd sakini, 19 yaşlı Rəvan Nurayev aprelin 3-də doğulduğu kənddə torpağa tapşırılıb.
Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Zaqatala Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhidin döyüş yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Dəfn mərasimində çıxış edənlər torpaqlarımızı mənfur düşməndən azad etməyə hər an hazır olduqlarını, Ali Baş Komandan İlham Əliyevin əmrini gözlədiklərini bildiriblər.