Şriftin ölçüsü :

Saytın rəngi :

ABŞ-ın Bond Street Teatrının çıxışı Zaqatala tamaşaçıları tərəfindən maraqla qarşılanıb

18 fevral 2016 | 16:00

Azərbaycanda səfərdə olan ABŞ-ın Bond Street Teatrı kollektivinin teatrsevərlərlə növbəti görüşü fevralın 18-də Zaqatala şəhərində reallaşıb.

Rayon Mədəniyyət Mərkəzində təşkil olunan tamaşadan əvvəl ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi çıxış edərək, ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələri genişləndirmək məqsədi ilə səfirlik tərəfindən davamlı olaraq müxtəlif layihə və proqramların həyata keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, Bond Street Teatrının Azərbaycana səfəri “Sülh naminə icma dramı” proqramı çərçivəsində reallaşıb. “Ay dövriyyəsi” adlı sosial tamaşanın hazırlanmasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri də yaxından iştirak ediblər.

Diqqətə çatdırılıb ki, bu teatr indiyədək dünyanın bir çox ölkələrində maraqlı layihələr həyata keçirib.

Kollektivin təqdim etdiyi sosial tamaşa teatrsevərlərin böyük marağına səbəb olub.

Keçidlər