28 may 2012-ci il
28 may 2012-ci il tarixdə Zaqatala rayonunda 28 may-Respublika günü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ağsaqqalları, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak etmişlər.
İlk öncə tədbir iştirakçıları Heydər parkında ümummilli lderimiz Heydər Əliyevin abidə kompleksini ziyarət etmiş, önünə tər çiçəklər düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Sonra rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 94-cü ildönümünə həsr olunmuş konfrans keçirilmişdir. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlanmışdır. Konfransda “Xalq Cumhuriyyətinin tariximizdəki rolu əvəzsizdir” mövzusunda məruzə ilə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Elman Ramazanov Xalq Cümhuriyyətinin yarandığı tarixi dövrə bir daha nəzər salmış, müstəqil Azərbaycan Respublikasının məhz bu Cümhuriyyətin varisi olduğunu xüsusi vurğulamış, şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının xalqımızın milli azadlığa, müstəqilliyə və demokratiyaya olan istək və arzularının məntiqi nəticəsi olduğunu bildirmiş, cəmi 23 ay yaşamış bu Cümhuriyyətin xalqımızın tarixində böyük iz qoyan tədbirlər həyata keçirdiyini, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratdığını diqqətə çatdırmışdır.
Natiq XX əsrin sonunda yenidən öz müstəqilliyini əldə edən Azərbaycan dövlətçiliyi bilavasitə ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri sayəsində qorunub saxlanıldığını və bu gün ulu öndərimizin layiqli davamçısı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu xüsusi qeyd etmişdir.