Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar hadisələrinin ildönümü Zaqatalada silsilə tədbirlərlə qeyd olunub

19 yanvar 2016 | 16:00

Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunan 20 Yanvar faciəsindən 26 il ötür. Böyük itkilər və günahsız insanların qətli ilə nəticələnən bu faciə cinayətkar imperiya rəhbərlərinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini bütün dünyaya nümayiş etdirib. Həmin qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, faciənin səbəbkarlarını lənətləyir.

Qanlı Yanvar hadisələrinin ildönümü Zaqatala rayonunda da xalqımızın qəhrəmanlıq salnaməsi günü kimi silsilə tədbirlərlə qeyd olunur. Faciənin ildönümü ilə əlaqədar yanvarın 19-da Zaqatala şəhərində keçirilən ümumrayon anım tədbirinın iştirakçıları əvvəlcə şəhidlərin şərəfinə ucaldılan abidənin önünə qırmızı qərənfillər düzüb, Vətənimizin azadlığı uğrunda şəhid olan qəhrəman oğul və qızlarımızın xatirəsini ehtiramla yad ediblər.

Tədbir iştirakçıları sonra rayon Mədəniyyət Mərkəzinin foyesində 20 Yanvar şəhidlərinə həsr edilən rəsm və kitab sərgiləri ilə tanış olublar.

İctimaiyyət nümayəndələrinin, şəhid ailələri üzvlərinin, ağsaqqal və gənclərin iştirak etdiyi anım tədbirinin əvvəlində Qanlı Yanvar hadisələrindən bəhs edən film nümayiş etdirilib.

Tədbirdə səslənən məruzə və çıxışlarda 20 Yanvar hadisələrinin cinayətkar mahiyyəti, onu doğuran səbəblər, faciənin acı nəticələri konkret faktlarla bir daha xatırlanıb. Vurğulanıb ki, 20 Yanvar hadisəsi xalqımız üçün təkcə böyük faciə deyildir. Bu gün, həm də Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixində qəhrəmanlıq salnaməsidir.

Sonda şəhidlərin xatirəsinə həsr edilən ədəbi-bədii kompozisiya nümayiş olunub.

Keçidlər