Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayonunda növbəti ağacəkmə aksiyası keçirilib

24 dekabr 2015 | 16:00

Zaqatala rayonunda növbəti ağacəkmə aksiyası şəhərin yeni Şimal-qərb yaşayış massivində keçirilib. Aksiya çərçivəsində 700-dən çox müxtəlif növ ting əkilib. Ağaclar əsasən yerli relyefə uyğun seçilib. Rayon icra hakimiyyəti və yerli təşkilatların nümayəndələrinin iştirak etdiyi aksiyada əvvəlcə əraziyə münbit torpaq daşınıb və suvarma problemi həll edilib. Yeni salınan yaşıllıq zolaqlarının qorunması və onlara qulluq göstərilməsi üçün müvafiq qurumlara konkret tapşırıqlar verilib. Yol kənarında aparılan ağacəkmə aksiyası çərçivəsində ərazidə təmizləmə işləri aparılıb.
Bu aksiya  Ekoloji mühitin sağlamlaşdırılması və yaşıllıq zolaqlarının artırılmasına töhfə vermək məqsədilə təşkil olunmuşdur

Keçidlər