Daha bir məktəb şagirdlərin istifadəsinə verildi.
24 dekabr 2015-ci il tarixdə Zaqatala rayonunda yeni tikilmiş 264 yerlik Yengiyan kənd tam orta məktəbinin açılış mərasimi keçirilmişdir.
Tədbirdə Zaqatala RİH-nin başçısı Mübariz Əhmədzadə, təhsil nazirinin müavini Ceyhun Bayramov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də kənd ictimaiyyətinin və KİV-nin nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan rayon təhsil şöbəsinin müdiri Habil Qurbanov kənddə təhsilin keyfiyyətinin artırılması məqsədi ilə hər cür şəraitə malik, müasir avadanlıq və texnika ilə təhciz olunmuş məktəbin tikilərək istifadəsinə vərilməsi münasibəti ilə kənd sakinlərini, müəllim kollektivini və şagirdləri təbrik etmişdir.
Büdcə vəsaiti hesabına yeni inşa edilmiş 264 şagird yerlik məktəb hər cür yeni avadanlıqlarla təchiz olunmuş, həyəti abadlaşdırılmış və müasir istilik sistemi quraşdırılmışdır.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin Başçısı Mübariz Əhmədzadə və təhsil nazirinin müavini Ceyhun Bayramov Azərbaycan təhsilinin yüksək nailiyyətlər qazanmasında ulu öndərimiz Heydər Əliyevin tarixi xidmətlərindən danışmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün sahələrdə olduğu kimi təhsil sahəsində də göstərdiyi yüksək diqqət və qayğını xüsusi qeyd etmiş, müəllim kollektivini və şagirdləri yeni məktəbin istifadəyə verilməsi münasibəti ilə təbrik etmişdir.
Tədbirə çıxış edən kənd ağsaqqalları, məktəbin müəllim və şagirdləri də öz növbəsində regionlarda, o cümlədən Zaqatalanın yaşayış məntəqələrində təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi yüksək qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildirmişlər.
Rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları məktəb binası ilə yaxından tanış olmuşlar.