Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalanın sosial-iqtisadi və mədəni həyatında fərqlənənlər mükafatlandırılıb

30 dekabr 2015 | 16:00

Yola saldığımız 2015-ci il Zaqatala rayonunun həyatında da əlamətdar və yaddaqalan hadisələrlə zəngin olub. Zaqatalalılar il ərzində çalışdıqları əmək kollektivlərində, ayrı-ayrı sahələrdə yüksək nailiyyətlər qazanıb, rayonun sosial-iqtisadi inkişafına öz layiqli töhfələrini veriblər.

İlin yekunları ilə bağlı Zaqatalada keçirilən “Arzu təzə, il təzə” adlı ümumrayon bayram tədbirinə toplaşanlar əvvəlcə əyləncə mərkəzinin foyesində məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

“Mavi işıq” gecəsində çıxış edənlər zaqatalalıları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə təbrik edib, xalqımıza arzularını çatdırıblar. Vurğulanıb ki, 2015-ci il zaqatalalılar üçün həm də Prezident İlham Əliyevin rayona növbəti səfəri ilə əlamətdar və yaddaqalan olub. Noyabrın əvvəlində gerçəkləşən səfər zamanı dövlətimizin başçısı bir sıra obyektlərin açılışında iştirak edib, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Rəngarəng konsert proqramı ilə davam edən bayram tədbirinin sonunda 2015-ci ildə rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən zaqatalalılara rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olunub.

Keçidlər