Şriftin ölçüsü :

Saytın rəngi :

“Bölgələrdən paytaxta” layihəsi bu dəfə Zaqatalaya həsr olunur

16 noyabr 2015 | 16:00

Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” layihəsi Bakı sakinlərini regionların sosial-iqtisadi inkişafı, zəngin mədəniyyəti, adət-ənənələri ilə tanış etməkdə davam edir.

Layihə çərçivəsində Zaqatalaya həsr olunmuş tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Zaqatala rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə noyabrın 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında reallaşacaq.

Tədbirdə Azərbaycan mədəniyyətinin tarixi və müasir zənginliklərini və Zaqatalanın adət-ənənələrini əks etdirən dekorativ tətbiqi sənət ustalarının əl işləri sərgilənəcək, bölgənin turizm imkanları təbliğ olunacaq, incəsənət ustalarının konserti təşkil ediləcək.

Keçidlər