Zaqatalada fındıq yığımına başlanılıb
05 avqust 2015 | 15:00
Fındıqçılıq Zaqatala rayonunun iqtisadiyyatında aparıcı yerlərdən birini tutur, eyni zamanda, kənd əhalisinin əsas məşğuliyyət sahələrindən biri hesab olunur.
Hazırda rayonun fındıq bağlarında tezyetişən sortların yığımı davam edir. Bu il də bağlardan yaxşı məhsul gözlənilir.
Rayon icra hakimiyyətindən verilən məlumata görə, hazırda rayonda mövcud olan 9501 hektar fındıq bağının 8511 hektarını məhsuldar bağlar təşkil edir. Ötən il Zaqatalada 9 min tona yaxın fındıq istehsal olunub. Rayonda fındıq emalı zavodu, həmçinin 20-dək kiçik fındıq emalı müəssisəsi fəaliyyət göstərir.