Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala fermerləri 84 hektar sahədə təkrar əkin aparıblar

09 avqust 2015 | 15:00

Taxıl biçini kampaniyası başa çatdıqdan sonra Zaqatala rayonunun təsərrüfatlarında payızlıq səpini üçün yay şumunun çıxarılmasına və təkrar əkinlərə başlanılıb.

İndiyədək təsərrüfatlarda 1015 hektar sahədə şum aparılıb. Fermerlər, eyni zamanda, 84 hektar sahədə təkrar əkin həyata keçiriblər. Təkrar əkin aparılan sahələr ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 dəfə artıb.

Mütəxəssislərin bildirdiyinə görə, ölkəmizdə dən və yaşıl yem istehsalının artırılmasında əsas ehtiyat mənbələrindən biri təkrar əkinlərin tətbiq edilməsidir.

Keçidlər