Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində 145 nikah mərasimi keçirilib.

07 avqust 2015 | 15:00

Azərbaycan xalqı ailə dəyərlərini, ailə ləyaqətini həmişə hər şeydən üstün tutub. Müstəqil Azərbaycanda dövlət-ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndər ailə məfhumunun aliliyini daim vurğulayıb. Ümummilli Lider və onun ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın xoşbəxt ailə həyatı yeni qurulan gənc ailələr üçün ən gözəl nümunədir. Bu mənada, yeni ailə quran gənclərin nikah mərasimlərinin Heydər Əliyev mərkəzlərində keçirilməsi gözəl bir ənənədir.

Mərkəzin direktorunun sözlərinə görə, Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikah mərasimlərinin keçirilməsi ənənəsi 2014-cü ilin aprelində qoyulub. Həmin vaxtdan indiyədək mərkəzdə 420 nikah mərasimi olub. O cümlədən, cari ilin ötən dövrü ərzində mərkəzdə 145 nikah mərasimi keçirilib.

Diqqətə çatdıraq ki, keçirilən bütün nikah mərasimlərinin foto və video görüntüləri mərkəzin fondunda saxlanılır.

Keçidlər