Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda “Ənənəvi İslam dəyərləri və adət-ənənələrimizin təbliği” mövzusunda tədbir keçirilib.

04 avqust 2015 | 15:00

Prezident İlham Əliyevin 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) 2,5 milyon manat vəsait ayrılıb. Həmin vəsait hesabına maarifləndirmə işinin aparılması məqsədilə Dövlət Komitəsinin dəstəyi ilə bölgələrdə müxtəlif tədbirlər təşkil edilir.

Zaqatala rayonu Göyəm kənd “Cümə” məscidi dini icması tərəfindən “Ənənəvi İslam dəyərləri və adət-ənənələrimizin təbliği” layihəsi çərçivəsində keçirilən tədbirdə icmanın sədri Niyazi Qarakişiyev layihə barədə məlumat verib.

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbə müdiri Mehman İsmayılov Azərbaycan xalqının dini, milli ənənələri və adətləri barədə məlumat verib, bu dəyərlərin qorunması və təbliğinin dini radikalizmlə mübarizədə son dərəcə vacib olduğunu bildirib.

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycan dövlətinin ölkədəki bütün dinlərə mənsub insanlara diqqət və qayğısı, komitənin dini maarifləndirmə sahəsində gördüyü işlər barədə söhbət açıb.

Keçidlər