Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda 2 iyul-Polis günü qeyd edilmişdir

02 avqust 2015 | 15:00

2 iyul Polis Günü münasibəti ilə rayonda təntənəli mərasim keçirilib. Polis əməkdaşları və rayon ictimaiyyəti əvvəlcə ümummilli liderin abidə kompleksini ziyarət etmiş, önünə tər çiçəklər düzmüş, xatirəsini ehtiramla yad etmişlər.                                                        
         Təşkil olunan mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, Polis şöbəsinin şəxsi heyəti iştirak etmişlər. Tədbirdə çıxış edən Rayon Polis Şöbəsinin rəisi Arif Babayev ölkədə, o cümlədən  rayonda sabitliyin, asayişin qorunmasında Azərbaycan polisinin gördüyü işlərdən danışmış, müstəqil dövlətimizin formalaşmasında, milli maraqların qorunmasında onların gördüyü iş mühüm rol oynadığını xüsusi qeyd etmişdir.   
       Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə də oz növbəsində  asayiş keşikçilərini təbrik etmiş, ulu öndər Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-si Azərbaycan Polisi Günü kimi qeyd olunmağa başlandığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Bu gün Azərbaycan prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Daxili İşlər Nazirliyinin maddi-texniki bazası günbəgün təkminləşdiyini, gücləndiyini, Azərbaycan polisinin öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq standartlara uyğunlaşdırıldığını xüsusi qeyd etmiş, şəxsi heyətə cinayətkarlığa qarşı mübarizədə uğurlar arzulamışdır.

Keçidlər