Rayonda “Narkomanlığa qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
31 iyul 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində “Narkomanlığa qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə RİHBA-nın Hüquq şöbəsinin müdiri Eldar Mustafayev, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun üzvləri Şahin İsmayılov və Raqif Allahyarov, hüquq-mühafizə orqanlarının nümayəndələri, rayon ictimaiyyət nümayəndələri, gənclər və yerli KİV nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan RİHBA-nın Hüquq şöbəsinin müdiri Eldar Mustafayev narkomaniya əleyhinə aparılan tədbirlər hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu, onların gücləndirilməsi istiqamətində bir sıra işlər görüldüyünü, bu istiqamətdə görülən tədbirlərin gücləndirilməsi və koordinasiyası məqsədi ilə yaradılmış Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının fəaliyyətini xüsusi vurğulamış, narkotik maddələrin insan sağlamlığına vurduğu ziyan elmi şəkildə izah edilərək narkomaniyanın milli mentalitetmizə yad təzahür olduğu qeyd etmişdirdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun üzvləri Şahin İsmayılov və Raqif Allahyarov öz çıxışlarında narkomaniyaya qarşı aparılan işlərin əsas istiqamətlərindən birinin yeniyetmələrin asudə vaxtlarından səmərəli istifadə etməsi olduğundan bu məqsədlə həyata keçirilən təbliğat işləri ilə yanaşı rayonda yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi, onların asudə və istirahət vaxtlarının səmərəli təşkili, idmana olan marağının artırılması istiqamətindəki işlərə ciddi fikir verilməli olduğunun, hərbi-vətənpərvərlik, idman, turizm yarışları, intellektual oyunlar və bilik yarışmaları və s. çoxsaylı maraqlı tədbirlər mütəmadi təşkil olunmasının vacibliyini vurğulamışlar.
Tədbirdə çıxış edən digər natiqlər narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə problemlərinin həlli üçün cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsinin, beynəlxalq əlaqələrin genişləndirilməsinin və kompleks mübarizəni zəruri olduğunu qeyd etmişlər.