Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada tütün yığımına başlanılıb

28 iyul 2015 | 15:00

“İnter-Tobacco” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Zaqatala rayonu ərazisindəki təsərrüfatlarında bir neçə gündür tütün yığımına başlanılıb.

Cari ildə MMC tərəfindən Zaqatala, Qax və Şəki rayonlarında ümumilikdə 700 hektara yaxın sahədə ətirli tütün yetişdirilib. Hazırda tütün sahələrinə aqrotexniki qulluq olunur, cərgə araları alaq otlarından təmizlənir. Eyni zamanda, bəzi təsərrüfatlarda artıq tütün dəriminə də başlanılıb. Fermerlər indiyədək sahələrdən 100 tona yaxın yaş tütün dəriblər.

Yığılmış yaş tütün sahələrdən birbaşa məntəqəyə gətirilir və qurudulmaq üçün kameralara qoyulur. Məntəqədə Bolqarıstanın “Ronis” şirkətinin istehsalı olan 60 ədəd odla tütünqurutma kamerası quraşdırılıb. Hər kamera bir dəfəyə 8 ton yaş tütün qəbul edə bilir. Yaş tütünün qurudulması prosesi 6-7 gün çəkir.

Keçidlər