Rayonda məişət və uşaq zorakılığına qarşı mübarizə mövzusunda təlim-seminarlar keçirildi
28 iyul 2015-ci il tarixdə Zaqatala rayon Heydər Əliyev Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə “Məişət zorakılığı haqqında qanunvericiliyin tətbiqi və baxımsız uşaqların vəziyyətinin monitorinqi” ilə bağlı təlim-seminarları keçirilmişdir. Tədbirdə Zaqatala rayon İcra Hakimiyyəti Başçısının müavini Vəfa Süleymanova, AQUPDK-nın Hüquq şöbəsinin müdiri Taliyyə İbrahimova, AQUPDK Regional Mərkəzlərlə İş şöbəsinin müdiri Ceyran Rəhmətullayeva, eyni zamanda Şəki, Qax və Balakən rayonlarının monitorinq qruplarının üzvləri də iştirak etmişlər.
Tədbirdə Komitənin nümayəndələri tərəfindən monitorinq qrupunun üzvlərinə məişət zorakılığı haqqında qanunla bağlı, məişət zorakılığı problemlərində sosial işin təşkili, riskli ailələrdə sosial iş, uşaqların yerləşdirilməsində qərar qəbul etmə, xüsusi qayğıya ehtiyacı olan uşaqların xidmətlərə yönəldilməsi, cinsi zorakılıq və digər mövzularda təlimlər keçirilmiş, qarşılıqlı dialoq şəklində müzakirələr aparılmışdır.