Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun daha bir kəndinə qaz xətti çəkilib

23 iyul 2015 | 15:00

Respublikamızın ucqar yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Zaqatala rayonunun Yengiyan  kəndinin qazlaşdırılması işləri başa çatdırılıb və iyulun 23-də bu kəndə təbii qazın verilməsinə başlanılıb.

Bu münasibətlə Zaqatala rayonunun Yengiyan kəndində rayon rəhbərliyi və İstehsalat Birliyi rəsmilərinin, kənd sakinlərinin iştirakı ilə keçirilən mərasimdə rayonun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən bəhs edilib.

Bildirilib ki, 319 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 9 min 291 metr olan müxtəlif diametrli polietilen və ümumi uzunluğu 18 min 208 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb və mənzillərə təbii qazın verilməsinə başlanılıb.

Keçidlər