Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Zərifə Əliyeva anadan olmasının 89-ci ildönümünə həsr olunmuş “Al bu işığı sənə verirəm” mövzusunda tədbir keçirilmişdir

29 aprel 2012 | 15:00

28 aprel 2012-ci il tarixdə Zaqatala şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseydə görkəmli oftalmoloq alimin anadan olmasının 89-ci ildönümünə həsr olunmuş “Al bu işığı sənə verirəm” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Zaqatala rayon icra hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar və gənclər iştirak etmişlər.
İlk öncə tədbir iştirakçıları lisey şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirmiş, ulu öndər Heydər Əliyevə və akademik Zərifə Əliyevaya həsr olunmuş filmə baxmışlar.
Tədbirdə Zaqatala rayon icra hakimiyyətinin başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Zümrüd Ağakişiyevanın “Xeyirxah insan, fədakar ana” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzəçi akademik Zərifə Əliyevanın mənalı həyat və yorulmaz fəaliyyəti , onun Azərbaycanda oftalmologiya elminin inkişafı üçün göstərdiyi səyləri barədə məlumat vermiş, Azərbaycan xanımlarının bütün gözəl xüsusiyyətlərini özündə birləşdirmiş insanlıq, qadınlıq meyarı olduğunu qeyd etmişdir.
Natiq ömürlərə sevinc, gözlərə nur bəxş etmiş görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini xüsusi vurğulamışdır.
Tədbirdə “Qoşa ömür yolu”, “İşgüzar qadın” və “Örnək ana” adlı şagird təqdimatları nümayiş etdirilmiş, məktəblərinin ifasında ədəbi-bədii kompozisiya göstərilmişdir.
Daha sonra tədbirdə akademik Zərifə Əliyevanın 89-cu ildönümü ilə əlaqədar liseydə keçirilmiş bilik və idman yarışlarının, əl işləri və inşa müsabiqələrinin qaliblərinə qiymətli hədiyyələr təqdim olunmuşdur.
 

Keçidlər