Şriftin ölçüsü :

Saytın rəngi :

Bu ilin birinci yarısında Zaqatala Məşğulluq Mərkəzinin köməyi ilə 260 nəfər işə düzəlib

10 iyul 2015 | 15:00

Zaqatala rayon Məşğulluq Mərkəzi əhalinin məşğulluq problemlərinin həllində yaxından iştirak edir.

2015-ci ilin birinci yarısında quruma müraciət etmiş vətəndaşların 470 nəfəri iş axtaran kimi qeydiyyata alınıb, 260 nəfər müvafiq işlə təmin olunub. O cümlədən, sosial müdafiəyə daha çox ehtiyacı olan 12 nəfər müəyyən olunmuş kvota yerlərinə işə göndərilib, 5 nəfərə işsiz statusu verilib, 5 nəfərə işsizlik müavinəti təyin edilib. Bundan əlavə, ilin birinci yarısında 18 nəfər peşə hazırlığı kurslarına, 30 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunub.

Yeni işə düzələnlərin 120 nəfəri qadın, 121 nəfəri isə 29 yaşadək olan gənclərdir.

Keçidlər