Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala Tarix-diyarşünaslıq muzeyində qədim əlyazmalar və kitablar bərpa edilir

11 iyul 2015 | 15:00

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən Azərbaycan əlyazması tarixi əsərlərinin qorunması sahəsində aparılan işə uyğun olaraq Zaqatala Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşlarından Ruhəngiz Əhmədova, Aynur Rəcəbova, Aynur Mirzəyeva, Samirə Qurbanova, Şahru Zərqənəyeva bu ilin yanvar ayında Konya bölgə yazma əsərlər kitabxanasında və Süleymaniyyə yazma əsərlər kitabxanasında təşkil edilmiş əlyazmaların qorunması, təmizlənməsi, bərpa edilməsi ilə bağlı xüsusi olaraq təşkil edilmiş təlim kurslarında iştirak edərək rayona qayıdıblar.

Hazırda Zaqatala Tarix-Diyarşünaslıq Muzeyində qədim əlyazmaların və kitabların bərpası işi aparılır və artıq 50-yə yaxın kitab muzey işçiləri tərəfindən bərpa edilib.

Zaqatala Tarix-Diyarşünaslıq Muzeyinin tariximizin qorunması, bərpası, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində apardığı işlərin içərisində kitabların bərpası işi xüsusi olaraq fərqlənir və gələn qonaqların, rayon ictimaiyyətinin diqqətini cəlb edir.

Zaqatala Tarix-Diyarşünaslıq Muzeyi 1967-ci ildə yaradılıb. Muzey Azərbaycanın rayonları arasında ilk yaranmış muzeylərdən biridir və burada əlyazmalar, şəkillər, numizmatika, arxeologiya, tətbiqi incəsənət, məişət əşyaları şöbələri mövcuddur. 2000-dən çox əlyazma və kitabların qorunduğu muzeyin əsas fondunda 4685 eksponat var.

Keçidlər