Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda heyvandarlıq məhsulları istehsalı artıb

12 iyul 2015 | 15:00

Bu ilin birinci yarısında Zaqatala rayonunda bütün növ heyvandarlıq məhsulları istehsalında nəzərəçarpacaq artım qeydə alınıb.

 İlin ilk 6 ayında rayonda 4108 ton ət, 18 min 303 ton süd, 9 milyon 53 min ədəd yumurta istehsal olunub. Əvvəlki illə müqayisədə ət istehsalı 138,5 ton, süd istehsalı 190 ton, yumurta istehsalı isə 251 min ədəd artıb. Yun istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 ton artaraq 174 ton təşkil edib.

Keçidlər