Multikulturalizm Mərkəzi Zaqatalada mühazirə keçirib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Zaqatala rayonunda “Azərbaycan multikulturalizmi” mövzusunda mühazirə keçirib.
Tədbirdə multikulturalizm dəyərləri və onların müasir Azərbaycan cəmiyyətində rolu, tarixi-siyasi, eləcə də milli-mədəni qaynaqları haqqında məlumat verilib. Mərkəzin analitika şöbəsinin baş məsləhətçisi, fəlsəfə doktoru Rəşad İlyasov Azərbaycanın multikultural siyasəti, multikulturalizm modelinin nümunəvi potensialı və xüsusiyyətlərinə diqqət çəkərək dünyadakı multikulturalizm modelləri ilə müqayisəli təhlillər aparıb.
Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə rayonun gəncləri, ziyalıları, müxtəlif etnik və dini icma nümayəndələri iştirak ediblər.
Mühazirə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi: səyyar dərslər” layihəsi çərçivəsində keçirilib.