Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada səhiyyə işçilərinin peşə bayramı qeyd olundu

15 iyun 2015 | 15:00

Səhiyyə işçilərinin peşə bayramı münasibətilə Zaqatalada “Tala Çay” şadlıq sarayında təntənəli tədbir keçirilmişdir. Səhiyyə işçiləri üçün təşkil olunan mərasimdə çıxış edən Zaqatala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Leyla Seyidəliyeva tədbir iştirakçılarını Peşə bayramı münasibəti ilə təbrik edərək bildirdi ki, ulu öndər Heydər Əliyevin 4-iyun 2001-ci il tarixli sərəncamına əsasən hər il iyunun 17-si Azərbaycanda tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.  Sonra Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Azərbaycanın səhiyyə tarixinin inkişaf mərhələsindən, bu şərəfli peşə sahiblərinin misilsiz xidmətlərindən, səhiyyə sahəsində son zamanlar əldə olunan nailiyyətlərdən söz açdı. Ölkə başçısı İlham Əliyevin Səhiyyə işçilərinə görsətdiyi diqqət və qayğıdan danışaraq son illər Ölkəmizdə, eləcədə rayonda səhiyyə sistemində aparılan islahatları diqqətə çatdırdı. Çıxışlarda tibb işçilərinə göstərilən qayğı və diqqətə görə prezident İlham Əliyevə minnətdarlıq bildirildi. Səhiyyə işçiləri bundan sonra da onlara göstərilən etimadı doğruldacaqlarını bildirdilər. Daha sonra İcra başçısı Mübariz Əhmədzadə tərəfindən işlərində peşəkarlığı ilə seçilən bir qrup səhiyyə işçisinə fəxri fərman və qiymətli hədiyyələr təqdim etdi. Mərasim rəsmi hissədən sonra yerli incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etdi.

Keçidlər