Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada kəndlərin içməli su təchizatı yaxşılaşdırılır

12 iyun 2015 | 15:00

Zaqatalada yaşayış məntəqələrinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. İyunun 12-də rayonun Aşağı Tala kəndinin Hacıbulaq ərazisində yeni qazılmış artezian quyusu sakinlərin istifadəsinə verilib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Birləşmiş Sukanal” MMC-nin sifarişi ilə həyata keçirilən layihənin icrasına bu ilin əvvəlində başlanılıb. Yeni arteziandan çıxarılan su mövcud Hacıbulaq xəttinə ötürülür. Artezianın istismara verilməsi nəticəsində Muğanlı, Əlibayramlı və Dombabinə kəndlərinin içməli su təchizatı daha da yaxşılaşacaq. Layihə çərçivəsində kənddəki bulaq da əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilib.

Mərasimdə çıxış edən kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərdiyi qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Keçidlər