22 aprel 2015-ci il tarixdə Zaqatala Rayon İcra Hakimiyyətində Çernobıl qəzasının 29 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.
22 aprel 2015-ci il tarixdə Zaqatala Rayon İcra Hakimiyyətində Çernobıl qəzasının 29 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, idarə, müəssisə rəhbərləri və rayondan olan 48 nəfər Çernobıl əlili iştirak etmişdir.
İlk öncə tədbir iştirakçıları Heydər parkında ümummilli lider Heydər Əliyevin abidəsini yad etmiş, önünə tər çiçəklər düzmüşlər. Sonra tədbir Zaqatala rayon icra hakimiyyətində davam etmişdir.
Tədbir Çernobıl qəzası qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Tədbiri giriş sözü ilə açan Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Çernobıl AES-də baş verən qəzanın XX əsrdə dünyanın ən böyük nüvə qəzası olduğunu, qəzanın fəsadlarının aradan qaldırılmasında respublikamızdan 7 min nəfərdən çox vətəndaşın iştirak etdiyini, onlardan 58-nin Zaqatala sakini olduğunu qeyd etmişdir.
Rayon rəhbəri radiasiya barədə adi təsəvvürə və biliyə malik olmadan fəlakət zonasına göndərilən həmvətənlərimizdən 2 min nəfərdən çoxu artıq dünyasını dəyişdiyi, minlərlə insanın əlil olduğunu bildirmiş, Çernobıl qəzasının aradan qaldırılması işinə rəhbərlik etmiş, ağır günlərdə dəfələrlə qəza zonasında olmuş və hər şeyi bilavasitə öz gözləri ilə görmüş ümummilli liderimiz Heydər Əliyevin qayğı və təşəbbüsü sayəsində 1993-cü ilin dekabrında Azərbaycan Respublikasının Milli Məclisi “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanun qəbul etdiyini vurğulamışdır. Natiq həmin Qanuna, habelə son illərdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamlarına uyğun olaraq həyata keçirilən tədbirlər Çernobıl əlillərinin sosial rifahının yaxşılaşdırılmasında böyük rol oynadığını xüsusi qeyd etmişdir.
Görüşdə çıxış edən Çernobıl əlilləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.
Tədbir Çernobl iştirakçılarına maddi yardımların verilməsi ilə yekunlaşmışdır.