Şriftin ölçüsü :

Saytın rəngi :

"Repraduktiv sağlamlığı qoruyaq" mövzusunda seminar keçirilmişdir

08 aprel 2015 | 15:00

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə rayonda "Repraduktiv sağlamlığı qoruyaq" mövzusunda seminar keçirilmişdir.

Tədbirdə Elmi-Tədqiqat Mamalıq Ginekologiya İnstitutunun Poliklinika şöbəsinin şöbə müdiri Gülnarə Rzayeva, STADA şirkətinin nümayəndəsi Rəna Həsənova və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən 120 nəfər qadın iştirak etmişdir. 

Tədbirdə çıxış edən natiqlər belə mövzularda keçirilən maarifləndirici tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini, gənclərin, xüsusi ilə gənc qadınların reproduktiv sağlamlıqlarının qorunması dövlətin ən vacib sahələrindən biri olduğunu, gənclərin sağlamlıqlarının qorunmasının hüquqi mexanizmlərinin "Sağlamlığın qorunması haqqında" mövcud qanunvericilikdə öz əksinin tapdığını bildirmiş, gənclərimizin sanitar, gigyenik normalara əməl edən, hər cür zərərli vərdişlərdən uzaqlaşmağı, lazım gəldikdə özünə və yoldaşına yardım etməyi bacaran fərdlər kimi formalaşması üçün  reproduktiv sağlamlıq üzrə bilik və bacarıqlara yiyələnməli olduğularını vurğulamışlar.

  

 

Keçidlər